"Ordumuzda dedovşina baş alıb gedir" - Dilbəryan

"Ordumuzda dedovşina baş alıb gedir"    - Dilbəryan
  15 Aprel 2024    Oxunub:967
Siyasi fəal, erməni dili tarixi kafedrasının dosenti Narine Dilbəryan diqqət çəkən açıqlamalar verib.
O, "Mamul"a müsahibəsində Ermənistanın düşdüyü ağır durumdan gileylənib. Dilbəryan xüsusən ölkənin əsas təhlükəsizlik dayağı sayılan Müdafiə Nazirliyini sərt şəkildə tənqid edib: “Ermənistan Respublikasının müdafiəsi sahəsində necə dəhşətli məsuliyyətsizlik, cəzasızlıq, səriştəsizlik ab-havası yaranıbsa, bizim silahlı qüvvələrimiz uğursuz təchizat, qeyri-mütəşəkkillik, laqeydlik, keyfiyyətsiz işlərin mərkəzinə çevrilib. Tərəqqidən hay-küy salan Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun təşkilatlanması işlərini bataqlığa çevirdi".

Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü
Dilbəryan daha sonra gileylənərək deyib ki, hərbi texnika və qüvvələrin hərəkətlərininin, yerdəyişməsinin anlaşılmazlığı, nizam-intizamın aşağı olması, ixtisaslı və peşəkar kadrların çatışmazlığının izahı heç nə ilə verilə bilmir: "Vəzifə bölgüsü, dedovşina, özbaşınalıq baş alıb gedir. Ermənistanda bu cəzasız, nizamsızlıq nə vaxta qədər davam edəcək? Bu gün bir qəza xəbəri eşidirik, Mehridə ölən və yaralananlarn olduğunu görürük. Sabah başqa yerdə də oxşar hadisələr davam edəcək. Görün nə qədər pis işləyir, nə qədər uzun müddət hakimiyyətdə qalırlar ki, bütün şikayətlər, ictimai sorğular və tələblərin xeyri olmur. Bu gün kimsəsiz qalan Ermənistan dövlətinin sərhədlərini qorumağa çalışan oğullarımız, qardaşlarımız bu məsuliyyətsiz hakimiyyətin qurbanına çevrilirlər. Suren Papikyan (Müdafiə naziri-red.) başını yastığa rahat qoyub necə yata bilir? Utanc hissi və məsuliyyətin itirilməsi Ermənistan Respublikasının milli təhlükəsizliyinə ən böyük təhdiddir”.
AzVision.az




Teqlər:   Ermənistan  





Xəbər lenti