"Apple" "Samsung"a uduzdu

 "Apple" "Samsung"a uduzdu
  15 Aprel 2024    Oxunub:1009
2024-cü ilin birinci rübündə Apple smartfonlarının tədarükü təxminən 10% azalıb.
AzVision.az xəbər verir ki, şirkət ən böyük istehsalçılar reytinqində birinci yeri Samsung-a uduzaraq yenidən ikinci yerə düşüb.

2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7,8% artaraq 289,4 milyona çatıb. Məlumata görə, Samsung-un payı 20,8%, Apple - 17,3%, Xiaomi - 14,1% təşkil edib.

İlin əvvəlində yeni flaqman modeli Galaxy S24-ü təqdim edən Samsung, ilk rübdə 60 milyondan çox smartfon tədarük edib.

2023-cü ildə Apple-ın payı 20,1%, Samsung-un payı 19,4% təşkil edib. Qeyd edək ki, Cənubi Koreya korporasiyası 12 ildir ki, smartfon istehsalçıları arasında liderliyini qoruyub saxlayır.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti