Yaxın Şərq uçurumun astanasındadır - Antonio Quterreş

   Yaxın Şərq uçurumun astanasındadır -    Antonio Quterreş
  15 Aprel 2024    Oxunub:1225
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İranın İsrailə hücumundan sonra maksimum təmkinli olmağa çağırıb.
O, hər hansı ölkəyə qarşı güc tətbiqinin beynəlxalq hüquq çərçivəsində qadağan olunduğunu, eləcə də diplomatik obyektlərin toxunulmazlığının xatırladıb:

“Yaxın Şərq uçurumun astanasındadır. Region əhalisi genişmiqyaslı sarsıdıcı münaqişənin real təhlükəsi ilə üz-üzədir. İndi maksimum təmkinli olmaq və gərginliyi yatırmaq vaxtıdır”, - Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Əli Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti