Əməkdar artist Namis Şirməmmədov dünyasını dəyişib

   Əməkdar artist Namis Şirməmmədov dünyasını dəyişib
  12 Aprel 2024    Oxunub:2027
Əməkdar artist Namis Şirməmmədov vəfat edib.
AzVision.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. N.Şirməmmədov daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

N.Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb.

AzVision.az


Teqlər: hadisə   vəfat   əməkdar-artist  





Xəbər lenti