İran İsrailə nə vaxt hücum edəcək?

İran İsrailə nə vaxt hücum edəcək?
  10 Aprel 2024    Oxunub:737
İsrail hakimiyyəti İranın aprelin 12-dən sonra zərbə endirməyə hazırlaşdığını bəyan edib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd olunur ki, Tehran general Məhəmməd Rza Zahidinin Dəməşqdə öldürülməsinə baxmayaraq, Ramazan ayı bitməmiş hücum təşkil etmək fikrində deyil. İsrail İranın müxtəlif istiqamətlərdən hərbi infrastruktura hücum edəcəyinə inanır.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Müdafiə Qüvvələrində (ÇAXAL) xidmətə çağırılanlarla görüş zamanı Qəzza zolağının cənubundakı Rəfah da daxil olmaqla, hər yerdə HƏMAS silahlılarını tamamilə məhv edəcəyinə söz verib. Onun sözlərinə görə, İsrail tərəfi HƏMAS batalyonlarının məhvi prosesini başa çatdırır. Netanyahu iddia edib ki, “dünyada bizi dayandıra biləcək heç bir qüvvə yoxdur”.
AzVision.az



Teqlər: İsrail   İran  





Xəbər lenti