Azərbaycan Milli Konservatoriyası yenidən qurulur

   Azərbaycan Milli Konservatoriyası yenidən qurulur
  03 Aprel 2024    Oxunub:2062
Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarda həmçinin "Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi " təsdiqlənib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

AzVision.az


Teqlər: konservatoriya   qərar  





Xəbər lenti