Almaniya qaz böhranının hələ bitmədyini bəyan edib

   Almaniya qaz böhranının hələ bitmədyini bəyan edib
  30 Mart 2024    Oxunub:1594
Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller hesab edir ki, qaz böhranı hələ keçməyib və əhali istehlak məsələlərində ayıq-sayıq olmalıdır.
O, bu fikri “Funke” nəşrinə müsahibəsində bildirib. Müller qeyd edib ki, Almaniya daha bir qışı qaz təchizatında fasiləsiz keçirib: “Qənaət nailiyyətləri diqqətəlayiqdir: ev təsərrüfatları və kiçik müəssisələr 2018-2021-ci illərlə müqayisədə 18,3% az qaz istifadə ediblər. Bir çox insanlar isitmə məsələsinə daha şüurlu yanaşırlar. Amma buna görə qaz böhranı hələ də keçməyib. Gələn qış isə qeyri-müəyyənlik olacaq”.

Agentlik rəhbərinin sözlərinə görə, Rusiyanın Avropaya qaz nəqlini dayandırması təhlükəsi hələ də var: “Onda Almaniya həmrəyliyi tələb olunacaq. İkincisi, çox soyuq qış qaz istehlakının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Odur ki, biz ayıq qalmalıyıq”.

Qeyd edək ki, bu qış Almaniyada qaz istehlakı əvvəlki ilə müqayisədə 4,2% artıb. Bu, ilk növbədə sənayenin 8,2% çox qaz istifadə etməsi ilə bağlıdır. Eyni zamanda, ev təsərrüfatları və kiçik müəssisələr 0,1% qənaət ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti