Milli Kitabxanada Əli Tudənin 100 illik yubileyi qeyd olunub - FOTOLAR

Milli Kitabxanada Əli Tudənin 100 illik yubileyi qeyd olunub -    FOTOLAR
  29 Mart 2024    Oxunub:1294
Martın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin, kitabxananın və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Kitabxanadan AzVision.az -a bildirilib ki, tədbirdə elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Əli Tudənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi 70-dən artıq kitabın müəllifi olduğunu deyib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Azuz Əli Tudənin yaradıcılığından söhbət açıb. Hər zaman Əli Tudənin yaradıcılığını diqqətdə saxlandığını və 100 illiyi münasibətilə Yazıçılar Birliyi tərəfindən medal təsis olunduğunu söyləyib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını yaratmasından, bir ömrə sığmayan əsərlər yazmasından bəhs edib.

Balaş Azəroğlunun oğlu Etibar Azəroğlu, Əli Tudənin dostu Məmmədəli Hüseyni, Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komisiyasının sədri Sona Xəyal, Nizamişünas Qasım Cahaninin qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin Meydanlı və digərləri Əli Tudənin həyat və yaradıcılığından bəhs edərək, xatirələrini bölüşüblər.

Tədbirdə şairin şeirləri səsləndirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan görkəmli Azərbaycan şairi Əli Tudəyə həsr olunmuş “Əli Tudə-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

AzVision.az


Teqlər: şair   yubiley   tədbir   tədbirtədbir  





Xəbər lenti