"Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü başa çatıb - FOTOLAR

"Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü başa çatıb -    FOTOLAR
  28 Mart 2024    Oxunub:1336
Cabbar Qaryağdıoğluna həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi davam edir.
AzVision.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ‘’Xalqın Mədəni Sərvəti’’ layihəsinin ikinci günü Mingəçevir Dövlət Dram Teatrında baş tutub.

Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş konsertdə Mingəçevir şəhər musiqi məktəblərinin, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi, Ucar şəhər Uşaq İncəsənət Məktəbi, Zərdab şəhər Uşaq İncəsənət Məktəbi, Göyçay şəhər Arif Məmmədov adına UMM müəllim və şagirdləri iştirak ediblər. Konsert zamanı xalq mahnıları, muğam və təsniflər səsləndirilib.

AzVision.az

Qalereya




Teqlər: Gəncə   tədbir  





Xəbər lenti