İspaniyada kişi balta ilə McDonalds-a hücum edib

İspaniyada kişi balta ilə McDonalds-a hücum edib
  28 Mart 2024    Oxunub:719
Barselona yaxınlığındakı Badalona ticarət mərkəzində bir kişi restoranın pəncərəsini balta ilə sındırıb.
Bu barədə X-də şəhərin meri Xavier Qarsia Albiol bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və adı açıqlanmayan şəxs artıq saxlanılıb.

El Mundo qəzetinin məlumatına görə, bir nəfər McDonald's restoranına hücum edib. Hadisə ilə əlaqədar ticarət mərkəzinə gələnlər müvəqqəti olaraq təxliyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti