9 nəfər 10 min ildən çox müddətə həbs edildi

 9 nəfər 10 min ildən çox müddətə həbs edildi
  27 Aprel 2024    Oxunub:1487
Cənubi Afrikanın Qautenq əyalətinin məhkəməsi dələduzluqda təqsirli bilinən 9 nəfəri 10 939 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb. Məhkum olunanlar çirkli pulların yuyulması, dələduzluq, sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə iştirak da daxil olmaqla, 391 maddə ilə ittiham olunublar.

Ən uzun cəzanı 59 yaşlı Jeremiah Nyasha Musiwacho Dube alıb - 3378 il. Lakin məhkəmə qərarında qeyd olunub ki, cəzanı yüngülləşdirən hallara görə o, 65 il həbsdən sonra azadlığa çıxa bilər. Ən yüngül cəzanı isə Bonqani Mbonani alıb. O, 42 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti