Xarici firmaların Rusiyadan çıxmasının itkiləri bəlli oldu

   Xarici firmaların Rusiyadan çıxmasının itkiləri bəlli oldu
  28 Mart 2024    Oxunub:1153
2022-ci ilin fevralından sonra Rusiya bazarını tərk edən xarici firmaların itkiləri 107 milyard dolları ötüb.
Bu məlumatları Reuters agentliyi təqdim edib. Bu itkilərin həcmi itirilmiş gəlirlər və Rusiya aktivlərinin şirkətlərin balansından silinməsi ilə əlaqələndirilir. Agentliyin məlumatına görə, yeni məlumatlar 2022-ci ilin fevralında Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından sonra qlobal korporativ sektorda maliyyə itkilərinin miqyasını göstərir.

S-RM konsaltinq şirkətinin nümayəndəsi Yan Messi bildirib: “Hələ də Rusiyanı tərk etmək istəyən şirkətlər çox güman ki, əlavə çətinliklərlə üzləşəcək, böyük məbləğdə silinmələr etmək məcburiyyətində qalacaq və böyük itkilərlə üzləşəcək”.

Agentliyin istinad etdiyi Yale Menecment Məktəbinin hesabatına görə, son iki ildə 1 minə yaxın xarici şirkət Rusiya bazarını tərk edib. Agentlik əlavə edir ki, bir çox xarici istehlak malları istehsalçıları məhsullarının adi Rusiya istehlakçısına lazım olduğunu söyləyərək Rusiya Federasiyasındakı bizneslərini məhdudlaşdırmaq niyyətində deyillər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti