Ukraynalılar Konstitusiya Gününü qeyd edirlər

Ukraynalılar Konstitusiya Gününü qeyd edirlər
  28 İyun 2014    Oxunub:797
Ukraynada Konstitusiyanın qəbul olunmasından 18 il ötür.
Ukraynada Konstitusiya 1996-cı il iyunun 28-də qəbul olunub. Bununla yanaşı bir neçə dəfə dəyişikliyə uğrayıb. 2004-cü ildə prezident Viktor Yuşenkonun dövründə konstitusion islahatlar qəbul olunub. 2010-cu ildə Konstitusiya məhkəməsi həmin islahatları ləğv edib və keçmiş prezident Viktor Yanukoviçin səlahiyyətləri genişləndirilib.

Tezliklə Konstitusiyaya yenidən dəyişikliklər ediləcəyi gözlənilir. Bu dəyişikliklərə əsasən prezidentin səlahiyyətlərinin azaldılması, Ali Radanın isə əksinə, səlahiyyətlərinin artırılması nəzərdə tutulub.

Səbinə


Teqlər:





Xəbər lenti