“Azərbaycan Avropa Birliyinə daxil olacaq”

 “Azərbaycan Avropa Birliyinə daxil olacaq”
  28 İyun 2014    Oxunub:817
Bir müddət sonra Azərbaycan da Avropa Birliyinə daxil olmaq istəyəcək.

AzVision.az “Le Temps” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Belarusiya da bir müddət sonra Avropa Birliyinə daxil olmaq istəyəcək.

Saakaşvili onu da əlavə edib ki, bu ölkələrin AB-nə isteqrasiyası uzun davam edəcək: “Azərbaycan və Ermənistanın Avropa Birliyinə daxil olması, inteqrasiyası uzun vaxt tələb edəcək. Lakin, müəyyən vaxtdan sonra onlar da Avropa Birliyinə daxil olacaqlar”-deyə, sabiq prezident əlavə edib.

Qeyd edək ki, bu gün Brüsseldə Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya sazişinin imzalanması mərasimi keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti