"Oğlanlar atamızdan qorxurdu, görüşə dosye ilə gəlirdilər" - Məşhur aktyorun qızları

   "Oğlanlar atamızdan qorxurdu, görüşə dosye ilə gəlirdilər" -    Məşhur aktyorun qızları
  05 Mart 2024    Oxunub:1087
Amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser Silvester Stallonenin qızları ataları ilə bağlı açıqlama veriblər.
Bildiriblər ki, aktyor sevimli 3 qızını xoşbəxt etmək üçün əlindən gələni edir. Stallone həmçinin onları gənc oğlanlardan da qoruyur. Bu səbəbdən də Sofiya, Siksistina və Skarlett bəzən gənclərlə ünsiyyətdə çətinlik çəkirlər. Çünki bəzi oğlanlar yumşaq desək, atalarından çəkindikləri üçün qızlarla ehtiyatlı davranmağa çalışırlar.

Bildirilir ki, Stallone qızlarının 18 yaşına qədər onların tərbiyəsi ilə şəxsən məşğul olub. Aktyorun evində həmişə ciddi qaydalar hökm sürüb və qızlara oğlanlarla görüşmək qadağan edilib.

"Axşam saat 10-da komendant saatı başlayırdı. Atamız qəsdən yatmırdı. Valideynlərimizin hamam otağında saat 10:05-də işıq yanırdısa və biz hələ də yatağa girməmişdiksə, anlayırdıq ki, deməli, bizim problemimiz var"- qızlar zarafatla deyiblər.

Stallonenin övladları bildiriblər ki, ataları onların sevgililərini o qədər qorxudurmuş ki, qarşı tərəf görüşə əlində dosye gəlirmiş.

"Görüşümüzə dosyesini gətirən bir oğlan var idi. Digəri isə içərisində fotoşəkili də olan CV hazırlamışd", - Siksistina deyib.

Aktyorun qızları atalarının populyarlığının şəxsi həyatlarına pis təsir edə biləcəyindən narahatdırlar. Bəzi gənclər yalnız Stallonenin özü ilə daha yaxından tanış olmaq üçün görüşə gəlir, bəziləri isə adını eşidən kimi qaçır.

Qeyd edək ki, S. Stallone aktyorluq karyerası ərzində "Rocky", "Rembo", "The Expendables" və "Escape Plan" filmləri də daxil olmaqla 50-dən çox kinoda rol alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti