Hollivud ulduzu həbs edildi

Hollivud ulduzu həbs edildi
  27 İyun 2014    Oxunub:1008
“Transformerlər” filminin üç hissəsində baş rolu ifa edən amerikalı aktyor Şaya Labef polislər tərəfindən həbs edilib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, hadisə aktyorun teatrda olduğu zaman baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, aktyor teatrın yerləşdiyi küçədə öz köynəyini cıraraq, bomjun dalınca qaçıb. O, həmçinin teatrın barında da insident törədib və orada olan ziyarətçinin qabından çiyələk yeməyə başlayıb.

Labef teatrda siqarət çəkməyə başlayıb və bina əməkdaşlarının siqarət söndürmək xahişini yerinə yetirməkdən imtina edib. Aktyor polis tərəfindən saxlanılaraq ən yaxın polis idarəsinə aparılıb. O, ictimai əsayişi pozmaqda ittiham edilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti