Xocalının İncisi: "Haray" fotosundakı körpə bu gün - FOTOLAR

  Xocalının İncisi:  "Haray" fotosundakı körpə bu gün -  FOTOLAR
  26 Fevral 2024    Oxunub:3090
32 il bundan öncə 18 yaşlı xilaskarı Nigar Cəfərovanın qucağında fotosu çəkilmişdi İncinin. Həmin foto Xocalı faciəsinin simvoluna çevrilib. Hətta o şəklin əsasında Bakıda “Ana harayı” abidəsi ucaldılıb.
İnci İmani hazırda Ramana qəsəbəsində yaşayır, 32 yaşı var.
Xocalının simvoluna çevrilən qadın:"Körpəni Ağdama kimi qucağımdan qoymadım"

“Həmin foto çəkiləndə 4 aylıq olmuşam. Şəkildə məni qucağında saxlayan nənəmin qardaşıqızı Nigar xanımdır. Onun dediyinə görə, bizi əsirlikdən Şelli camaatı xilas edib. Həyatımı həm də Nigaran xanıma borcluyam. Ağdama qədər məni əlindən yerə qoymayıb".

İnci deyir ki, bu yaxınlarda Xocalıya səfərlə bağlı ona da təklif gəlmişdi: "İki övladım var, azyaşlı olduqları üçün onları qoyub gedə bilmədim. Xocalı faciəsi zamanı anam Telli Eyvazova öz anası Güllünü və atası Sadıq Ağalarovu, atam Dadaş kişi isə qardaşı Hidayəti itirib. Onlar Xocalının qarlı meşəsində donub ölüblər. Ailədə məndən savayı 25 və 30 yaşlarında iki qardaşım da var. Anam və atam sağdılar. Xocalıya köç başlayanda biz də gedəcəyik”.


İnci İmani




Telli Eyvazova

Dadaş Eyvazov


Hidayət Eyvazov


Güllü Ağalarova və Sadıq Ağalarov

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti