Dövlət Komitəsi: “Artıq 13-cü kütləvi məzarlıq aşkar olunub”

    Dövlət Komitəsi:  “Artıq 13-cü kütləvi məzarlıq aşkar olunub”
  24 Fevral 2024    Oxunub:972
Biz bütün itkin vətəndaşlarımızın taleyi ilə sonuna qədər maraqlanacağıq.
Bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filminin təqdimatı zamanı deyib.

O, ermənilər tərəfindən başımıza gətirilən hadisələrdən danışıb, xalqımıza qarşı törədilən cinayətlərin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.

“Artıq 13-cü kütləvi məzarlıq aşkar olunub. O vaxt itkin düşmüş 25 nəfərin taleyi ötən il müəyyənləşdi və yas mərasimləri keçirildi”, - deyə Dövlət Komissiyasının rəsmisi qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti