Komitədən 9-cu sinif şagirdinin bullinq edilməsinə reaksiya

   Komitədən 9-cu sinif şagirdinin bullinq edilməsinə reaksiya
  20 Fevral 2024    Oxunub:787
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır: "İlk növbədə qeyd etmək istəyirəm ki, 2024-cü il yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək, çəkilmiş video haqqında müvafiq dövlət orqanları hərəkətə keçiblər. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

Artıq məktəb rəhbərliyi və psixoloq şagird və valideyni ilə söhbət aparıb, hüquq mühafizə orqanları tərəfindən izahatları alınıb, araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək ".

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti