Baltik dənizində 11 min illik divar tapılıb

Baltik dənizində 11 min illik divar tapılıb
  19 Fevral 2024    Oxunub:857
Baltik dənizinin dibində daş silsilənin qalıqları aşkar edilmişdir. Memarlıq möcüzəsi Avropanın ən böyük Daş dövrü tikilisi ola bilər.
Bu barədə Arkeonews xəbər verib. Almaniyalı tədqiqat qrupu Baltik dənizinin 21 metr dərinliyində daş struktur aşkar edib. Alimlər ərazini araşdırmaq üçün gəmilər və sualtı dronlardan istifadə ediblər.

Onlar bu quruluşun təxminən 11 min il əvvəl qədim insanların ov üçün istifadə etdikləri divarın qalıqları olduğunu ehtimal edirlər. Daşların çoxluğu, eləcə də onların yerləşdirilmə üsulu divarın insanlar tərəfindən yaradıldığını göstərir.

Hər daşın hündürlüyü bir metrdən az, eni isə iki metrdir. İri daşlardan hörülmüş divarın qorunub saxlanmış hissəsinin uzunluğu demək olar ki, bir kilometrdir. Daş dövrünə aid bu ən böyük meqastruktur maralların yolunu kəsmək və onları daha asan öldürülə biləcək ərazilərə yönəltmək üçün istifadə edilə bilərdi.


AzVision.az


Teqlər:





Xəbər lenti