Haaqada iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə etdi

      Haaqada iğtişaşlar:    Polis gözyaşardıcı qazdan istifadə etdi
  18 Fevral 2024    Oxunub:908
Hollandiya polisi Haaqada iki qrup Eritreya vətəndaşı arasında baş verən davadan sonra iğtişaşları yatırmaq üçün gözyaşardıcı qaz tətbiq edib. Bu barədə NL Times informasiya portalı məlumat yayıb.
Onun sözlərinə görə, iğtişaşların başlamasının səbəbi hələlik məlum deyil. Tədbir pavilyonu yaxınlığında toqquşmalar baş verib, eritreyalılar polisə daş, velosiped və yol nişanları atıblar.

İğtişaşçılar pavilyonun şüşələrini sındıraraq içəri girməyə çalışıblar, polis isə binanı müdafiə edib. Polis sözçüsü Haaqa merinin polisə gözyaşardıcı qazdan istifadə etməyə icazə verdiyini təsdiqləyib. İğtişaşlar zamanı iki polis maşını yandırılıb, lakin itki yoxdur.

Nəşrin məlumatına görə, toqquşmanın nədən baş verdiyi hələlik məlum deyil.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti