Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb

Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb
  16 Fevral 2024    Oxunub:1243
Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Akılbek Japarola telefonla danışıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, o, Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Telefon danışığı zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti