AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşüb

  AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşüb
  16 Fevral 2024    Oxunub:1622
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb Gəncə hava limanının ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.
Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

***
“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisi saat 17:19-da Bakıdan təyinat nöqtəsinə yola düşüb.

Bu barədə AZAL məlumat yayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti