Nazir vəzifəsini icra edəcək Azər Cəfərov - DOSYE

   Nazir vəzifəsini icra edəcək Azər Cəfərov -    DOSYE
  16 Fevral 2024    Oxunub:1385
Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb . Nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
AzVision.az xəbər verir ki, A.Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

O, hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb.

1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.

AzVision.az


Teqlər:





Xəbər lenti