NATO: "Avropa ölkələri bu il müdafiəyə 380 milyard dollar xərcləyəcək"

      NATO:    "Avropa ölkələri bu il müdafiəyə 380 milyard dollar xərcləyəcək"
  14 Fevral 2024    Oxunub:714
Avropanın NATO ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq fevralın 15-də alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib.

"2024-cü ildə Avropa NATO müttəfiqləri müdafiəyə 380 milyard dollar xərcləyəcək. Bu, ilk dəfədir ki, onların ümumi ÜDM-nin 3%-nə bərabərdir. Avropalı müttəfiqlər daha çox xərcləyirlər. Lakin bəzi ölkələr hələ də bu yolla getməlidir", - Stoltenberq əlavə edib. O, NATO ölkələrinin silah və sursat istehsalını artırdığını da vurğulayıb.

Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti NATO-dakı mənbələrinə istinadən yazmışdı ki, alyans ölkələrinin müdafiə xərclərinin artırılması ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıdışının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün hazırlanmış strategiyanın elementlərindən biridir. Nəşrin yazdığına görə, gələcəkdə alyansın diqqətini Tramp üçün Çini cilovlamaq və terrorizmlə mübarizə kimi əsas məsələlərə yönəltmək də təklif edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti