Almaniya Qırmızı dənizə freqat göndərir

   Almaniya Qırmızı dənizə freqat göndərir
  14 Fevral 2024    Oxunub:1051
Avropa İttifaqı Qırmızı dənizdə ticarət gəmilərini husi hücumlarından qorumaq naminə əməli işə keçir.
AzVision.az xəbər verir ki, ittifaq Qırmızı dənizdə "Aspides" əməliyyatına başlayır.
Aİ Qırmızı dənizdə koalisiya yaradır

Almaniya Hərbi Dəniz Qüvvələrinin müfəttişi, vitse-admiral Yan Kristian Kaakın sözlərinə görə, əməliyyat çərçivəsində donanmanın "Hessen" freqatı 240 ekipaj üzvü ilə Vilhelmshafen şəhərinin limanından Qırmızı dənizə doğru yola düşüb.

"Freqat Qırmızı dənizdə husi hücumlarının qarşısını almaq üçün ideal təchizata malikdir. Belə missiyalardan ötrü nəzərdə tutulmuş xüsusi silah sistemləri ekipajın istifadəsinə verilib", - Kaak bildirib.

(Almaniya donanmasına məxsus "Hessen" freqatı)

Xatırladaq ki, Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması İsrailin Qəzza zolağında apardığı müharibəyə cavabən Qırmızı dənizdə bu ölkə ilə əlaqəli gəmiləri hədəfə alır. ABŞ, Böyük Britaniya və digər qərb ölkələri qruplaşmanı çəkindirmək üçün onların obyektlərinə aviazərbələr endirib. Bu, Yaxın Şərqdə gərginliyi daha da qızışdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa   ittifaq   Almaniya   husilər   gəmi  





Xəbər lenti