Spiker Kiyevə yardım layihəsini səsverməyə çıxarmadı

Spiker Kiyevə yardım layihəsini səsverməyə çıxarmadı
  14 Fevral 2024    Oxunub:978
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardımın davam etdirilməsinə dair qanun layihəsini səsverməyə çıxarmaqdan imtina edib.
AzVision.az xəbər verir ki, o, bu barədə “Punchbowl News”a müsahibəsində bildirib. “Əlbəttə, indi yox. Biz təxsisatlar prosesindəyik. Hazırda Nümayəndələr Palatasının diqqəti məhz buna yönəlib”, - deyə Mayk Conson bildirib.

Onun sözlərinə görə, o, Konqres Senatının rəhbərliyindən nümunə götürmək fikrində deyil.


AzVision.az



Teqlər:





Xəbər lenti