Ukrayna XİN rəhbərini it dişləyib - FOTO

Ukrayna XİN rəhbərini it dişləyib    - FOTO
  12 Fevral 2024    Oxunub:522
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı it dişləyib. AzVision.az xəbər verir ki, bu barədə diplomat İnstaqram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, it böyük olub və sahibi onu bağsız (Ağızlıq-red.)gəzdirirmiş: "Köpəkləri sevmək lazımdır, amma həm də onları xaltada saxlamaq lazımdır".

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, yardım üçün həkimlərə müraciət edib. Kuleba İnstagram hekayəsində dişləmə izləri olan qanlı ayağın fotosunu da paylaşıb.

Nazirin sözlərinə görə it təkcə ona yox, yanındakı şəxslərə də hücum edib. Kuleba həmin vaxt küçədə kiminlə gəzməsini dəqiqləşdirməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti