Ukrayna ordusu ciddi riskə gedir - “Forbes”

   Ukrayna ordusu ciddi riskə gedir    - “Forbes”
  12 Fevral 2024    Oxunub:1112
İddialara görə, Ukrayna silahlı qüvvələri rus qoşunlarının Donetskdəki müdafiə xəttini keçməsinin qarşısını almaq üçün bura ən yaxşı briqadalarından birini yerləşdirib.
Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.

Ukraynanı "mərmi aclığı" gözləyir - "The Wall Street Journal"
Məqalə müəllifləri qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələri bu ərazidə döyüşləri davam etdirməklə böyük riskə gedir. Hazırda Ukrayna komandanlığı Donetskdəki bölmələrini gücləndirməyə çalışır.

"Forbes"in məlumatına görə, Kiyevin ən yaxşı briqadalarla Rusiyanın qış hücumunun əsas istiqaməti olan Avdiyevka bölgəsində möhkəmlənməsini düşünmək üçün kifayət qədər əsası var.

Məqalə müəllifi yazır ki, sözügedən istiqamətdə müdafiə tədbirlərinin tədricən uğursuzluğa dçar olması Ukrayna Silahlı Qüvvələrinin üçüncü briqadasını təlimləri dayandırmağa vadar edib.

"Briqadanın hərbçiləri təmas xəttinə göndərilmək məcburiyyətində qalıblar. Bununla belə, Ukrayna ordusunun döyüş sursatları tükənərsə, Avdiyevkaya cəlb olunacaq briqadaların sayının əhəmiyyəti qalmayacaq. Hətta burada müdafiənin gücləndirilməsi əmri mübahisəli olacaq",- məqalədə yazılıb.

Bundan əvvəl ukraynalı general Aleksandr Tarnavski Avdiyevkaya Silahlı Qüvvələrinin yeni qüvvələrinin daxil olduğunu açıqlamışdı.

Qeyd edək ki, bir müddət öncə Almaniya kansleri Olaf Şolz Ukraynanın Qərbin dəstəyinə baxmayaraq, "mərmi aclığı" ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Bununla bağlı "The Wall Street Journal"da geniş məqalə dərc olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Döyüş  





Xəbər lenti