Baydendə demensiya əlamətləri təsdiqləndi

   Baydendə demensiya əlamətləri təsdiqləndi
  11 Fevral 2024    Oxunub:1671
ABŞ Prezidenti Cozef Bayden həqiqətən də yaşla əlaqədar demensiyanın əlamətlərini özünü göstərir.
Bunu “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib. “Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Tutaq ki, beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərə çarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.

Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.

AzVision.az


Teqlər:





Xəbər lenti