Aİ korrupsiyanın artdığını açıqlayıb

Aİ korrupsiyanın artdığını açıqlayıb
  10 Fevral 2024    Oxunub:1203
Avropa Parlamentinin (AP) İtaliyadan olan üzvü Canantonio Da Re Avropa İttifaqı (Aİ) daxilində korrupsiyanın artması və üzv dövlətlər arasında korrupsiya nisbətlərindəki böyük fərqlərdən danışıb.
Avropa Parlamentinin deputatı “Avropada korrupsiyanın səviyyəsinin yüksəlməsi” adlı müraciətində qeyd edib ki, Aİ dünyanın digər ölkələri ilə müqayisədə Danimarka və Macarıstan kimi dövlətlər arasında “böyük” fərqlər səbəbindən orta korrupsiya səviyyəsinə malikdir.

Bəzi ölkələr, məsələn, İtaliya dövlət sektorunda şəffaflığın artırılması üçün addımlar atsa da, Avropa üzrə orta göstərici hələ də qənaətbəxş deyil. Avropa ölkələrinin dörddəüçündən çoxunda antikorrupsiya səyləri əngəllənmiş və ya hətta azaldılmış kimi görünür.

Bununla bağlı Da Re Aİ-də korrupsiyaya qarşı mübarizə planları ilə bağlı sualla Avropa Komissiyasına müraciət edib. “Yuxarıdakıları nəzərə alaraq, komissiya Avropada korrupsiyanı azaltmaq üçün hansı addımları atacaq?” - deyə müraciət müəllifi soruşub.
AzVision.az



Teqlər:





Xəbər lenti