Daha 22 “Starlink” minipeyki orbitə çıxarıldı

Daha 22 “Starlink” minipeyki orbitə çıxarıldı
  10 Fevral 2024    Oxunub:1011
“SpaceX”in “Falcon 9” daşıyıcı aparatı “Starlink” qlobal internet əhatə şəbəkəsini artırmaq üçün orbitə 22 minipeyk çıxarıb,
Məlumata görə, “SpaceX” qeyd edib ki, “Falcon 9”un ilk təkrar istifadə oluna bilən mərhələsi 14-cü dəfə buraxılışda istifadə edilib, ayrıldıqdan sonra o, Sakit Okeanda dənizdəki dron platforması “Of Course I Still Love You” dəniz dron platformasına enib.

Şirkətin hesabatlarından belə çıxır ki, raket ABŞ-nin Kaliforniyadakı Vandenberq bazasındakı SLC-4E yerindən buraxılıb. Buraxılış yerli vaxtla saat 16:34-də (Bakı vaxtı ilə 4:34) başlayıb. Bir saat sonra peyklər uğurla orbitə buraxılıb.

“14 uçuşla bu daşıyıcı aparat kosmosa 134 tondan çox, o cümlədən Yer kürəsinin demək olar ki, hər yerindən internetə qoşulmağa kömək edən 279 “Starlin”k peyki çatdırıb”, - deyə şirkətin açıqlamasında bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti