Berdıməhəmmədov dörd naziri dəyişdi

Berdıməhəmmədov dörd naziri dəyişdi
  10 Fevral 2024    Oxunub:1116
Nazirlər Kabinetinin 2023-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov dörd naziri tutduqları vəzifədən azad edib.
Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Məlumata görə, Güvanç Orunov başqa işə keçməsi ilə əlaqədar tikinti və memarlıq naziri vəzifəsini boşaldıb, onun yerinə isə əvvəllər nazir müavini vəzifəsində çalışan Abdulla Gəldiyev təyin edilib. Çarıyar Çetiyev isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən nazir postuna yüksəlib. O, başqa işə keçmiş Nazarmırat Nazarmıradovu əvəzləyib.

Berdıməhəmmədov səhiyyə və tibb sənayesi naziri Atagəldi Germanovu da başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Qurumda müalicə-profilaktika işinin təşkili üzrə nazir müavini vəzifəsində çalışan Mırat Məmmədov Səhiyyə Nazirliyinə yeni rəhbər təyin edilib.

Qurbangül Atayeva başqa işə keçməsi ilə əlaqədar təhsil naziri vəzifəsindən azad edilib. Qurumun başına əvvəllər Maqtımqulu adına Türkmən Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Bayramgül Orazdurdıyeva keçib.
AzVision.az



Teqlər: Türkmənistan  





Xəbər lenti