İlham Əliyevin çıxışı zamanı ermənilər nə etdi? – DEPUTAT

“Cənab Prezident AŞPA-da gözəl çıxış etdi. Heç bir kağıza, qeydə baxmadan mükəmməl bir çıxış, suallara verdiyi gözəl cavablar. Qürur duyduq. Çıxışdan sonra nümayəndə heyəti üzvləri olaraq görüşdük və təbriklərimizi catdırdıq. Gözəl söhbət etdik. Cənab Prezidentin çıxışı dostları sevindirən, düşmənləri üzən bir çıxış idi. Məndən öndəki sırada Ermənistan nümayəndə heyətinin 3 üzvü oturmuşdu əsəblərindən bilmirdilər nə etsinlər. Cənab Prezident Qarabağla bağlı da çox ciddi mesajlar verdi. Hər kəs bilməlidir ki, Azərbaycan uzun illər oturub vəziyyətin bu cür davam etməsini gözləməyəcək sözünün altındakı mesajı məncə anlamayan olmadı”.
AzVision.az