İsti havanın səbəbi açıqlandı

 İsti havanın səbəbi açıqlandı
  08 Fevral 2024    Oxunub:1657
Ölkə ərazisində müşahidə olunan isti havanın səbəbi açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AzVision.az -a açıqlamasında bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur. Onun sözlərinə görə, bu, qış fəslinə xas olmayan mülayim isti hava şəraitidir.

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəlmişdi”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti