Medvedev: "NATO ilə müharibədə ballistik raketlərdən istifadə edəcəyik" |
O, əlavə edib ki, qoşunların təlimə cəlb edilməsi əsgərlər üçün stress sınağı və eyni zamanda çəkindirmə mesajıdır.
NATO yanvarın 31-də Soyuq Müharibə dövründən bəri ən böyük təliminin aktiv mərhələsinə başladı. Təlimlər Rusiya sərhədləri yaxınlığında keçirilir. Təlimdə alyansın 32 ölkəsindən 90 min hərbçi iştirak edir. Hərbi tədbirlər əsasən Baltikyanı ölkələr, Polşa və Almaniyada təşkil olunur.
Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərək qeyd edib ki, Rusiya açıq şəkildə NATO təlimlərini təhlükə kimi qəbul edir.
Qeyd edək ki, son zamanlar NATO ilə Rusiya arasında müharibə ehtimalına dair silsilə yazılar dərc olunur. "The Telegraph" iki güc arasında müharibə ehtimalı ilə bağlı mümkün variantları da açıqlayıb.
Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bu mövzuda tez-tez açıqlamalar verir. Onun son fikirləri isə diqqət çəkib. Rusiya rəsmisi Telegram kanalında yazıb ki, alyans ilə müharibə hazırki xüsusi hərbi əməliyyat (Ukraynadakı döyüşlər-red.) ssenarisi ilə getməyəcək. Yəni döyüşlər səngərlərdə aparılmayacaq, bunun əvəzinə ballistik raketlərdən istifadə ediləcək.
Tural Tağıyev
AzVision.az