Siyasətçi Telegram kanalında yazıb ki, alyans ilə müharibə hazırki xüsusi hərbi əməliyyat (Ukraynadakı döyüşlər-red.) ssenarisi ilə getməyəcək. Yəni döyüşlər səngərlərdə aparılmayacaq, bunun əvəzinə ballistik raketlərdən istifadə ediləcək.
“Əgər Allah eləməsin, belə bir müharibə baş versə, o xüsusi hərbi əməliyyat ssenarisi ilə getməyəcək. Döyüşlər artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları və elektron döyüş texnikasından istifadə etməklə səngərlərdə həyata keçirilməyəcək... Cavab asimmetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqlarına malik ballistik və qanadlı raketlərdən istifadə ediləcək. Bu, bizim hərbi doktrinal sənədlərimizə əsaslanır və hər kəsə də yaxşı məlumdur. Və bu çox bədnam Apokalipsisdir. Yəni hər şeyin sonudur...”, - Medvedev vurğulayıb.
Tural Tağıyev
AzVision.az