Norveç keçmiş "Vaqner"çiyə sığınacaq vermədi

Norveç keçmiş "Vaqner"çiyə sığınacaq vermədi
  07 Fevral 2024    Oxunub:765
Norveç hakimiyyəti keçmiş "Vaqner" muzdlusu Andrey Medvedevə sığınacaq verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi rusiyalı vəkil Brinjulf ​​Riznesə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Norveç Medvedevi Rusiyaya deportasiya etməyi planlaşdırmır. Çünki bu, onun üçün çox təhlükəli hal olar. Keçmiş "Vaqner" döyüçüsünü Rusiya Federasiyasında fərariliyə görə ağır cəza gözləyir. Hətta Medvedevin həyatı da təhlükə altında ola bilər.

Andrey də öz növbəsində Norveç Miqrasiya Xidmətinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, keçmiş muzdlu döyüşçü 2023-cü ilin yanvarında qeyri-qanuni olaraq Norveç sərhədini keçib. Həmin ilin sentyabrında o, sərhəddə Rusiyaya qayıtmaq istəyərkən tutulub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Norveç  





Xəbər lenti