Pakistanda deputatlığa namizəd güllələndi - VİDEO

Pakistanda deputatlığa namizəd güllələndi -    VİDEO
  06 Fevral 2024    Oxunub:1246
Pakistanda Milli Assambleya (parlamentin aşağı palatası) üzvlüyünə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.
Məlumata görə, ona Sind əyalətinin Mirpur Xas şəhərində sui-qəsd cəhdi edilib.

Siyasətçi xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir.

Qeyd edək ki, Əli Şah Pakistan Xalq Partiyasından seçkilərə namizədliyini irəli sürüb.

Yeri gəlmişkən, bundan əvvəl Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının daha bir namizədinə sui-qəsd cəhdi olub. Belə ki, siyasətçi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış baş verib. Hadisə nəticəsində üç uşaq xəsarət alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti