Paşinyana etimad azalıb: Sorğu

  Paşinyana etimad azalıb:    Sorğu
  06 Fevral 2024    Oxunub:1166
Vətəndaşların Ermənistanın baş naziri Nikol Paşinyana inam səviyyəsi azalıb. Bunu erməni strukturu GALLUP-un yanvarın sonunda keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 38,1%-i Paşinyana ümumiyyətlə etibar etmir. 15,1% hökumət başçısına tam etibar edib.

13,9% (noyabrda 13,2) daha çox güvənir, 28,3% (noyabrda 18,6%)isə az etibar edir .

4,6% cavab verməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilməyəcəyini, 34,2%-i bəzi müddəalarının dəyişdiriləcəyini, 13,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti