İran bir həftəyə nüvə silahı hazırlaya bilər

İran bir həftəyə nüvə silahı hazırlaya bilər
  06 Fevral 2024    Oxunub:1196
İran bir həftə ərzində ilk nüvə silahını, bir ayda isə altı ədəd nüvə başlığı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.
Bu barədə ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun yeni hesabatında deyilir. Ekspertlərin sözlərinə görə, İranın böyük həcmdə zənginləşdirilmiş uran istehsalı və nüvə silahı hazırlamaq üçün 90 faizədək zənginləşdirmə səviyyəsinə çatmaq imkanı var.

Hesabatda qeyd olunub ki, Tehran müxtəlif səviyyələrdə zənginləşdirmə imkanı verəcək və böyük həcmdə zənginləşdirilmiş uran istehsal edəcək minlərlə müasir sentrifuqalara can ataraq uranı zənginləşdirmə proqramını genişləndirməkdə iddialıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti