İki ildə 16 bankı qarət edən təqaüdçü cəzasız qalıb

İki ildə 16 bankı qarət edən təqaüdçü cəzasız qalıb
  05 Fevral 2024    Oxunub:1623
ABŞ-da bank qarəti ilə bağlı maraqlı hadisə baş verib.
"Bild" nəşrinin yaydığı məlumata görə, təqaüdçü uzun illər 16 Amerika bankını qarət edib, 160 min dollardan çox pul oğurlasa da, cəzasız qalıb.

Media onu “qoca quldur” adlandırıb və Federal Təhlükəsizlik Bürosu (FTB) yaşlı kişini ABŞ-da ən çox axtarılan cinayətkarlar siyahısına daxil edib. Onun təşkil etdiyi sonuncu soyğunçuluq əməli baş tutmayıb və o, fəaliyyətini dayandırıb. Maraqlıdır ki, təqaüdçünün bu əməlləri polisin diqqətini elə də çəkməyib. Şahidlər cinayətkarın eynək taxaraq qara papaqda gəzdiyini, əlində isə içində silah olan qəhvəyi rəngli portfel gəzdirdiyini deyirlər. O, həmişə eyni şəkildə bankları qarət edirmiş. Cinayətkar 2009-2011-ci illərdə əksəriyyəti Cənubi Kaliforniyada olan 16 banka "baş çəkib".

“Onun üz dərisi qəribə rəngdə idi. Əminəm ki, o, maska ​​taxıb”, - 2011-ci ilin mayında pensiyaçı tərəfindən qarət edilən bank işçisi deyib.

Bundan sonra polis quldurun özünü yaşlı kişi kimi göstərməyə çalışan gənc olması versiyasını yoxlamağa başlayıb. Sonuncu oğurluq hadisəsi də məhz həmin il dekabrın 2-də baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti