Rusiyadan Türkiyəyə ödəniş köçürmələrinin həlli tapıldı

Rusiyadan Türkiyəyə ödəniş köçürmələrinin həlli tapıldı
  05 Fevral 2024    Oxunub:1431
Səlahiyyətli departamentlər ABŞ-ın sanksiyaları nəticəsində yaranan ödəniş köçürmələri ilə bağlı problemləri həll etmək üçün Türkiyə-Rusiya bankının yaradılmasını müzakirə edir.
Bu barədə “RİA Novosti”yə Türkiyənin bank sektorundakı mənbə bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiya-Türkiyə bankının yaradılması məsələsi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Fevralın əvvəlində Türkiyə bankları Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başlayıb və Rusiyadan kart almaq niyyətində olan fiziki şəxslərə qarşı tələbləri artırıb. Daha sonra “Ekonomim” qəzetinin yazdığına görə, Türkiyə Ticarət Nazirliyi Rusiyadan ödənişlərdə problem yaşayan şirkətlərin siyahısını tərtib edib.


AzVision.az


Teqlər:





Xəbər lenti