İran və Rusiya daha iki AES tikəcək

İran və Rusiya daha iki AES tikəcək
  23 İyun 2014    Oxunub:949
İran və Rusiya daha iki yeni Atom Elektrik Stansiyası (AES) tikintisi ilə bağlı prinsipial razılığa gəlib.
AzVision.az-ın məlumatına görə, bu barədə İranın atom enerjisi üzrə təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvandi İSNA agentliyinə müsahibəsində bildirib.

“Tərəflər yekun razılığa bazar ertəsi və ya çərşənbə axşamı gəlməyi planlaşdırır”, -deyə Kamalvandi bildirib.

Qeyd edək ki, bazar ertəsi Rusiyanın “Rosatom” korporasiyasının baş direktorunun müavini Nikolay Spasskiy Tehrana gəlib.

Tehrana ikigünlük səfəri zamanı o, İranın bir sıra rəhbərləri ilə görüşlər keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti