Bağdadda məhbuslara hücum: 69 ölü

Bağdadda məhbuslara hücum: 69 ölü
  23 İyun 2014    Oxunub:944
İraqın paytaxtı Bağdadda naməlum şəxslər məhbuslarım aparan kortejə hücum edib.
Bu barədə AzVision.az “BBC” yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, hücum nəticəsində 69 nəfər öldürülüb. Xeyli sayda insan yaralanıb. Ölənlərdən 7 nəfəri polis əməkdaşıdır. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti