"Qaz limitlərinin ləğvi gündəmdə deyil" - Azəriqaz
R.Əliyev həmçinin bildirib ki, ötən gün rekord həcmdə - 48 mln. kubmetr qaz qəbul edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 mln. kubmetr qaz çoxdur.
Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47,1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39,3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13,6 %-i) 25 qəpiklik tarifdən istifadə edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: