Lavrov Ermənistanda Qarabağı müzakirə etdi

Lavrov Ermənistanda Qarabağı müzakirə etdi
  23 İyun 2014    Oxunub:852
Konkretlik rəsmi Bakının ürəyincə deyil.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın paytaxtı Yerevanda rusiyalı həmkarı həmkar Sergey Lavrovla birgə təşkil olunan mətbuat konfransında çıxışı zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandayn bildirib.

“Son zamanlar atəşkəs rejiminin möhkəmləndirilməsi, snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması məsələləri də daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səsləndirilən təkliflər Bakının ürəyincə deyil”, – deyə Nalbandyan bildirib.

Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən səyləri dəstəkləyir: “Rusiya hesab edir ki, görüşlər nə qədər müntəzəm keçirilsə, danışıqlar prosesi bir o qədər dinamiklik əldə edər. Fransalı həmkarlarımız münaqişənin praktiki həll üçün ideyalar irəli sürürlər. ”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti