Rusiya Ermənistan və Türkiyəni barışdırır

Rusiya Ermənistan və Türkiyəni barışdırır
  23 İyun 2014    Oxunub:877
Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına öz töfhəsini verməyə hazırdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın paytaxtı Yerevanda erməni həmkarı Edvard Nalbandyanla birgə təşkil olunan mətbuat konfransında çıxışı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rəsmi Ankara ilə münasibətlərin yaxşılaşdırılmasına Moskvanın edə biləcəyi kömək barədə suala cavab verən Nalbandyan xatırladıb ki, Lavrovun Surixdə Ermənistan-Türkiyə protokollarının imzalanması mərasimində iştirak etdiyini xatırladıb. O, bildirib ki, Rusiyanın mövqeyi bundan əvvəl səsləndirilən bəyanatlarda özünü aydın şəkildə göstərib.

Öz növbəsində, Lavov münasibətlərin normallaşdırılması prosesində Rusiya tərəfinin vasitəçi olmağa hazır olduğunu bildirib. O, həmçinin Ermənistan və Türkiyə arasında infrastrukturun bərpa edilməsinə də yardımçı ola biləcəklərini açıqlayıb. Eyni zamanda Lavrov vurğulayıb ki, bunun üçün tərəflərin iradə lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti