Onkoloji xəstəliklərin müalicəsi xidmətlər zərfinə daxil edilir?

Onkoloji xəstəliklərin müalicəsi xidmətlər zərfinə daxil edilir?
  23 Yanvar 2024    Oxunub:933
Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyindən bildirilib.

Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir.

“Tibbi xidmət Xidmətlər Zərfinə daxil edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”, - deyə əlavə edilib.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir.

“Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə görüşlərimiz keçirilib. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq.

Onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edən məsələdir və düşünürəm ki, bu da icbari tibbi sığorta tərəfindən qarşılanmalıdır”, - deyə o, əlavə edib. (Trend)
AzVision.az



Teqlər:





Xəbər lenti