Çində güclü yağışlar: 30 ölü

Çində güclü yağışlar: 30 ölü
  23 İyun 2014    Oxunub:919
Çinin cənubunda artıq beş gündür ki, tropik yağışlar davam edir.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 26 nəfər yağışın qurbanı olub.

Artıq 337 minə yaxın insan təbii fəlakət zonasında təxliyyə olub. Ümumilikdə bölgəyə 650 milyon dollar dəyərində ziyan dəyib.

Çinin doqquz vilayətində davam edən yağışlar sel və torpaq sürüşmələri ilə nəticlənib. Təbii fəlakət bölgəsində təxminən 9 minə yaxın evə ziyan dəyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti